DDC və MCC Panel İstehsalı
Peşəkar komandamız ilə birlikdə , istehsal fabrikamızda DDC və MCC panellərinin istehsalını beynəlxalq standartlara uyğun şəkildə hə-yata keçiririk. Panolar layihəyə və obyektin texniki tələblərinə əsasən fərdi olaraq yığılır . Regin DDC kontrollerləri və keyfiyyətli kom-ponentlərdən istifadə olunur. Belə ki, panellərimizin istehsalında Schneider, Phoenix, Eae, Eaton, Prysmian kimi markaların məhsullarından istifadə edirik. Hər bir pano təhlükəsizlik və uzunömürlü istismar prinsipləri nəzərə alınaraq hazırlanır. Kabel marşrutları və kompo-nent yerləşimi optimal şəkildə planlaşdırılır. İstehsal prosesi zamanı bütün elektrik ölçmələri və yoxlamalar aparılır. MCC panolar mühərriklərin stabil və təhlükəsiz idarə olunmasını təmin edir. DDC panolar avtomatika sistemlərinin mərkəzi idarəetmə nöqtəsi kimi fəaliyyət göstərir. Panolar quraşdırmaya tam hazır vəziyyətdə təhvil verilir. Obyektə uyğun etiketləmə və texniki sənədləşmə təqdim olunur.

