Satış Sonrası Servis
Satış sonrası servis xidməti layihənin uzunmüddətli və problemsiz işləməsini təmin edir. Regin komandası olaraq quraşdırılmış sistemlə-rə texniki dəstək və operativ müdaxilə göstəririk. Hər hansı nasazlıq yaranarsa, mütəxəssislərimiz qısa zamanda yerində baxış keçirir sis-tem parametrləri yoxlanılır və lazımi sazlamalar aparılır.Profilaktik baxım xidmətləri ilə risklər əvvəlcədən aradan qaldırılır, avadanlıqla-rın istismar müddəti uzadılır, proqram təminatında yeniləmələr və optimizasiya aparılır. Müştərilər üçün sistemin dayanmadan işləməsi bizim əsas prioritetimizdir, bunun üçün texniki məsləhət və dəstək davamlı olaraq göstəririk,uzunmüddətli əməkdaşlıq prinsipi ilə işləyi-rik. Etibarlı satış sonrası servis üçün Regin Controls həllərinə və komandamıza güvənə bilərsiniz.

